Aşqabad Bəyannaməsində Azərbaycana işğal olunmuş ərazilərin azad edilməsi münasibətilə təbrik ünvanlanıb

saytların hazırlanması

Evə çatdırılma

Aşqabad Bəyannaməsində Azərbaycana işğal olunmuş ərazilərin azad edilməsi münasibətilə təbrik ünvanlanıb

Siyasət

28 Noyabr 2021 15:01 745


"Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsinin Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanırıq".

Yenisabah.az xəbər verir ki, bu barədə Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti, 15-ci sammitinin yekun Bəyannaməsində deyilir.

Bəyannamədə Azərbaycan hökuməti və xalqına işğal olunmuş ərazilərin azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik ünvanlanıb. Pepperoni pizza

Sənəddə bundan sonrakı mərhələdə Qafqaz regionunda mehriban qonşuluq münasibətlərinin qurulmasının vacibliyi vurğulanır.

Həmçinin İƏT-ə üzv dövlətlərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə sərmayə qoymaq imkanlarını araşdıracağı qeyd edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!