Aşqabadda Azərbaycan, Türkmənistan və Türkiyə liderlərinin görüşünə hazırlıq gedir

saytların hazırlanması

Evə çatdırılma

Aşqabadda Azərbaycan, Türkmənistan və Türkiyə liderlərinin görüşünə hazırlıq gedir

Siyasət

09 Aprel 2022 16:10 992


Aşqabad şəhərində Azərbaycan, Türkmənistan və Türkiyə liderlərinin görüşünə hazırlıq gedir.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkmənistan Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov hökumətin iclasında deyib.

Xatırladaq ki, prezidentlərin üçtərəfli görüşü çoxdan planlaşdırılsa da, obyektiv səbəblərdən təxirə salınıb. Azərbaycan, Türkmənistan və Türkiyə liderlərinin zirvə görüşündə bir sıra razılaşmaların imzalanacağı gözlənilir. pizza sifarişi

Bundan başqa, bu il Türkmənistanda Xəzəryanı ölkələrin dövlət başçılarının və “Mərkəzi Asiya – Rusiya” I Parlamentlərarası forumu keçiriləcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!