Astarada bəzi ərazilər su altında qaldı - Onlarla adam təxliyə edildi

saytların hazırlanması

Evə çatdırılma

Astarada bəzi ərazilər su altında qaldı - Onlarla adam təxliyə edildi

Hadisə

27 Sentyabr 2025 13:10 360


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağışlar nəticəsində Astara rayonunun Ərçivan qəsəbəsində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Yenisabah.az  xəbər verir ki, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün dərhal FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb edilib.

Görülmüş tədbirlər nəticəsində 10-u azyaşlı olmaqla ümumilikdə 30 vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub. pizza

Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!