At arabası ilə üstündən keçdi, öldü 

saytların hazırlanması

Evə çatdırılma

At arabası ilə üstündən keçdi, öldü 

Kriminal

04 Noyabr 2019 04:48 2004


Ağdam rayonunda ölümlə nəticələnən hadisə baş verib.

“Yeni Sabah” Report-a istinadən bildirir ki, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini Əli Hətəmov at arabasının altında qalıb. Nəticədə o, ağır xəsarətlər alaraq ölüb. Ə.Hətəmovun meyiti Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Marqarita pizza

Hadisənin təfərrüatlarına görə, rayonun Xındırıstan kənd sakinləri - Nəsibov Umud Qulu oğlu və Hətəmov Əli Əsgər oğlu arasında mal-qara üstündə mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı U.Nəsibov Ə.Hətəmovu döyərək at arabası ilə üzərindən keçib.

Ağır xəsarətlər alan Ə.Hətəmov xəstəxanaya aparılarkən yolda ölüb.

Ə.Hətəmovun meyiti tibbi müayinədən keçmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!