“Atam məni tacik qızdan ayırmaq üçün həbs etdirmək istəyir”   - Cəlilabadda MARAQLI HADİSƏ

saytların hazırlanması

Evə çatdırılma

“Atam məni tacik qızdan ayırmaq üçün həbs etdirmək istəyir” - Cəlilabadda MARAQLI HADİSƏ

Kriminal

18 İyun 2025 16:37 488


Bir neçə gün əvvəl Cəlilabad rayonunda maraqlı hadisə baş verib.

Yenisabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, haqqında borc məsələsinə görə şikayət olduğu üçün polis şöbəsinə çağırılan Masallı kəndlərindən birinin sakini, 2000-ci il təvəllüdlü S.Seyidov (şərti) barəsində inzibati protokol tərtib edilib.

Xırda xuliqanlıq əməli törətməkdə də şübhəli bilinən gənc saxlanılaraq, işi rayon məhkəməsinə göndərilib. Dördpendirli pizza

Amma S.Seyidov ifadəsində bildirib ki, haqqındakı şikayət ailəsi tərəfindən edilib və əsassızdır:

"Babamla polis şöbəsinə gəldim. Məlum oldu ki, barəmdə protokol tərtib olunub. Lakin haqqımda deyilənlər həqiqətə uyğun deyil. İqtisad Universitetinə 600 balla qəbul olmuşam. Universiteti bitirib Rusiyanın Sankt-Peterburq şəhərinə işləməyə getdim. Orada Tacikistan vətəndaşı olan qızla dini kəbin kəsdirərək evləndim.

Daha sonra müvafiq sənədlərim olmadığı üçün Bakıya qayıtdım, Mehdiabad qəsəbəsində kirayə ev tutaraq orada tacik həyat yoldaşımla yaşamağa başladıq. Hazırda o, evdə təkdir. Evdə telefon, pul və ərzaq yoxdur, onun burada tanıdığı kimsə də yoxdur. Atam məni qızdan ayırmaq üçün plan qurub, məni həbs etdirmək istəyir".

Şahid qismində ifadə verən S.Seyidovun babası da nəvəsinin dediklərini təsdiq edib.

Məhkəmə S.Seyidovun əməlində xəta olmadığı qənaətinə gəlib və icraata xitam verərək onu sərbəst buraxıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!