“Atamın qanı yerdə qalmadı”   - Əliyar Əliyevin oğlu

saytların hazırlanması

Evə çatdırılma

“Atamın qanı yerdə qalmadı” - Əliyar Əliyevin oğlu

Maraqlı

27 Oktyabr 2020 11:50 2241


Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin oğlu, əslən Qubadlıdan olan Emin Əliyev bu rayonun işğaldan azad olunması ilə bağlı təəssüratını bölüşüb.

Yenisabah.az xəbər verir ki, Emin Əliyev “Biz bu gün həm də ona görə qürurluyuq ki, atam Əliyar Əliyev kimi birinci Qarabağ döyüşlərində şəhid olan igid oğulların qanını yerdə qoymuruq”, - deyib.

Emin Əliyev müharibə bitən kimi hər kəsi Qubadlıya dəvət edəcəyini, orda Qubadlı adəti ilə qonaqlıq verib, qurban kəsəcəyini deyir: pizza hut

“Dağıdılmış da olsa, gedib öz evimizi görəcəm. Bizə döyüşmək üçün ruh yüksəkliyi verən bilirsiz nədir? O torpaqlarda haqqı olan insanların haqqını geri qaytarmağa çalışmağımız. Qarabağın hər qarış torpağını geri qaytarandan sonra atam kimi yüzlərlə igid oğulların haqqını vermiş olacağıq. Bu torpaq o zaman bizə halal olacaq”. (Bizimmedia)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!