Atasının evindən 47 min dollar oğurladı – Qubada 

saytların hazırlanması

Evə çatdırılma

Atasının evindən 47 min dollar oğurladı – Qubada 

Kriminal

05 Avqust 2019 16:30 1261


Quba rayonu Vladimirovka kənd sakini Kərim Əlişanov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus fərdi yaşayış evindən 47 min ABŞ dollarının naməlum şəraitdə oğurlandığı barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə,

RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib.  pizza

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin oğlu, 18 yaşlı Röyal Əlişanov tərəfindən oğurlandığı məlum olub. 

İlkin dindirilmə zamanı R.Əlişanov tutduğu əməli etiraf edərək, müxtəlif vaxtlarda atasına məxsus pulları hissə-hissə oğurladığını bildirib. 

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!