ATƏT separatçıların yandaşını müdafiə edir  - Rəsmi Bakının mövqeyinə rəğmən

saytların hazırlanması

Evə çatdırılma

ATƏT separatçıların yandaşını müdafiə edir - Rəsmi Bakının mövqeyinə rəğmən

Siyasət

23 Mart 2019 20:36 835


“Rəsmi Bakı Anjey Kasprşiki ATƏT sədrinin bölgədəki şəxsi nümayəndəsi vəzifəsindən uzaqlaşdırmaq istədiyi və ya belə bir niyyətini ortaya qoyduğu halda, o nümayişkənarə şəkildə Ermənistana səfər edib bu ölkənin rəsmiləri ilə müzakirələr aparır. Növbəti dəfə Ermənistanın müdafiə naziri David Tonoyanla görüşüb. Görüşdə təmas xəttindəki və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub”.

“Yeni Sabah”ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, ATƏT rəsmi Bakını eşitmədi:

“Həmsədrlər son bəyanatlarında Kaspşiki müdafiə edən cümlələr işlətdilər. Elə ATƏT-in hazırki sədri də Kaspşiklə fəaliyyətinə davam etmək istəyir. Biz bu şəxslə əməkdaşlığa necə davam edəcəyik? Əsas sual budur. Çünki Azərbaycan Nazirlər Kabinetinin hazırladığı son hesabata görə, Kaspşikin 23 ildə hazırladığı bütün monitorinqlər Azərbaycanın əleyhinə, separatçıların xeyrinə olub. Marqarita pizza

Kasprşikin vəzifəsi atəşkəsi qorumağa yönələn hesabatlar hazırlamaqdır. Ancaq hansı atəşkəsi? Kaspşik torpaqlarımızın işğal altında qalmasını uzadan atəşkəsə xidmət edir, bu isə bizim maraqlarla tərs düşür. Kaspşikin yerinə gələn də eyni vəzifəni yerinə yetirəcək. Ancaq heç olmazsa yeni sima görərik. Ona qalsa 25 ildə həmsədrlər də məsələni həll etməyiblər. Ancaq ən azı həmsədrlər tez-tez dəyişir. Kasprşik isə bu vəzifədən elə yapışıb ki, qopmaq bilmir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!