Audiovizual Şura iki radio ilə bağlı qərar qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Audiovizual Şura iki radio ilə bağlı qərar qəbul etdi

Rəqəmsal

20 Dekabr 2023 19:30 5473


Audiovizual Şuranın dekabrın 20-də keçirilən növbəti iclasında boş və istifadəyə yararlı radiotezliklərin ayrılması məsələsi müzakirə olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Audiovizual Şuranın müvafiq qərarları ilə "Azərbaycan Beynəlxalq Radiosu"nun ümumölkə yayımının təmin edilməsi üçün "Bakı Teleqüllə Kompleksi"ndən 92,5 MHs, "Şuşa" RTYS-dan 89,2 MHs, "Astara" RTYS-dan 95,2 MHs, "Yalama" (Xaçmaz rayonu) RTYS-dan 97,4 MHs, "Danaçı" (Zaqatala rayonu) RTYS-dan 98,0 MHs radiotezlikləri ümumölkə yerüstü radio yayımçısı "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin, habelə "CBC FM"-in Qarabağda və Şərqi Zəngəzurda yayımının genişləndirilməsi məqsədilə "Şahyeri" (Xocavənd rayonu) RTYS-dan 93,8 MHs radiotezliyi regional yerüstü radio yayımçısı "Caspian İnternational Broadcasting Company" MMC-nin istifadəsinə ayrılıb. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!