Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu çərçivəsində Azarkeş Festivalı təşkil olunacaq.
"Yeni Sabah" xəbər verir ki, 5 günü əhatə edəcək təbir Dənizkənarı bulvarda yerləşən Kukla Teatrının qarşısında keçiriləcək. Burada azarkeşlər UEFA Kuboku ilə şəkil çəkdirə, DJ-lərin çıxışından zövq ala, fərqli əyləncəli futbol oyunları oynayacaqlar.
Uşaqlar üçün ayrılmış zonada azyaşlılar yumşaq qalanın üzərində tullana, öz üzlərinə rənglətdirə və zərbə yarışlarında bacarıqlarını nümayiş etdirəcəklər. Həmçinin böyüklər müxtəlif oyunlara qatılaraq, hədiyyələr qazanacaqlar. pizza
Festival günləri və iş saatları:
25-27 may: 14:00 - 22:00
28 may: 12:00 - 22:00
29 may: 10:00 - 22:00
Giriş hər kəs üçün pulsuzdur.
Telegram kanalımız