Avroliqanın finalı üçün biletlər satışa çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Avroliqanın finalı üçün biletlər satışa çıxarıldı

İdman

02 May 2019 07:47 917


Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa biletlər məhdud sayda satışa çıxarılıb.

"Yeni Sabah" AFFA-nın saytına istinadən xəbər verir ki, bu gündən etibarən 5000 bilet satışda olacaq. Bu barədə məlumat AFFA-nın saytında yerləşdirilib.

Futbolsevərlər şəxsiyyət vəsiqələri ilə iTicket.az-ın "Gənclik Mall” və "Port Baku Mall”da yerləşən kassalarına yaxınlaşaraq bilet əldə edə bilərlər. Marqarita pizza

Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya  280 AZN (140 AVRO), ikinci kateqoriya 180 AZN (90 AVRO), üçüncü kateqoriya 100 AZN (50 AVRO), dördüncü kateqoriya isə 60 AZN (30 AVRO) dəyərində olacaq.

Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet əldə edə bilər. 

Qeyd edək ki, adına bilet alacağınız şəxslərin də şəxsiyyət vəsiqələrini təqdim etmək mütləqdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!