“Avromed”in rəhbəri vəzifəsindən azad olundu

saytların hazırlanması

Evə çatdırılma

“Avromed”in rəhbəri vəzifəsindən azad olundu

Sağlamlıq

12 Mart 2020 17:03 4265


“Avromed Company” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş direktoru Əzizə Baxşiyeva işdən çıxarılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir. 

“Əzizə Baxşiyeva rəsmi olaraq 20 fevral 2020-ci il tarixindən istefa ərizəsi yazmış və həmin tarixdən 6 mart 2020-ci tarixinədək təhvil-təslim prosesində idi. Hazırda Ə.Baxşiyevanın “Avromed Company” QSC ilə birbaşa və dolayısı əlaqəsi mövcud deyil”, - deyə şirkət bəyan edib. pizza mizza

Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində Əzizə Baxşiyevanın həyat yoldaşı Riad Məmmədov saxlanılmışdı. O və saxlanılan digər şəxslər tibbi maskaların real dəyərindən dəfələrlə artıq qiymətə satışını həyata keçirməyə cəhd edib.

Deputat Cavanşir Feyziyevə məxsus olan “Avromed Company” QSC dərman biznesi ilə məşğuldur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!