Avropa birinciliyində iştirak edəcək boksçuların adları

saytların hazırlanması

Evə çatdırılma

Avropa birinciliyində iştirak edəcək boksçuların adları

İdman

22 May 2019 08:32 1215


Rumıniyanın Qalati şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb. 

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, komandanın baş məşqçisi Vaqif Kazımov 11 boksçuya şans verəcək. 

Qitə birinciliyində Nicat Hüseynov (46), Səid Abdullayev (48 kq), Zaur Qəhrəmanov (50 kq), Əsəd Ağayev (52 kq), Zəlimxan Süleymanov (54 kq), Turğay Mirzəyev (57 kq), Elməddin Ağayev (60 kq), İsa Novruzlu (63 kq), Səyadulla Nəsirov (66 kq), Rəmiş Cəfərov (70 kq) və Cəfər Heydərli (80 kq) rinqə çıxacaqlar. Pepperoni pizza

Artıq Rumıniyaya yollanan kollektiv iyunun 2-də Bakıya qayıdacaq.

Qeyd edək ki, Avropa birinciliyində mayın 24 - 28-də təsnifat mərhələsinin döyüşləri olacaq. Mayın 29-da istirahət edəcək boksçular növbəti 2 gündə yarımfinal görüşlərinə çıxacaqlar. İyunun 1-də isə qaliblərin adları bilinəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!