“Avropa Birliyi ilə saziş yaxın vaxtlarda imzalanmayacaq”

saytların hazırlanması

Evə çatdırılma

“Avropa Birliyi ilə saziş yaxın vaxtlarda imzalanmayacaq”

İqtisadiyyat

17 May 2019 09:27 1191


“Son günlər Brüsseldə gedən müzakirələrə yekun vurmaq istəyirəm. Ilkin qənaət budur ki, Avropa Birliyi ilə Azərbaycan arasinda sazişin imzalanmamasının başlıca səbəbi ticari və investisiya məsələləridir”.

“Yeni Sabah”ın məlumatına görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib. O bildirib ki, Azərbaycan tərəfi Dünya Ticarət Təşkilatının əsas prinsiplərinin sazişə salınmasına etiraz edir:

“ Çünki bu öhdəliklər daxili bazarda bir neçə şirkətin hökmran mövqeyinin, inhisarçılığın, korrupsiyanın aşkarlanması və zəifləməsi ilə nəticələnə bilər. İkinci qənaətım budur ki, insan haqları, demokratiya, qanunun aliliyi daxildə həll olunmalıdır. Odur ki, bu məsələlərin həlli Avropadan deyil, vətəndaş aktivliyindən asılıdır.  pizza

Üçüncüsü, Qarabağ problemi Azərbaycan iqtidarı üçün hakimiyyətin maraqları təmin olmayanda istifadəyə gərəkli olan vasitədir. Nəhayət, saziş yaxın vaxtlarda imzalanmayacaq. Hətta bu ərəfədə onun imzalanması üçün hər iki tərəf hazır olsa da əvvəl texniki, sonra isə siyasi səbəblərdən bu proses uzanacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!