Avropa çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi finala vəsiqə qazandı

saytların hazırlanması

Evə çatdırılma

Avropa çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi finala vəsiqə qazandı

İdman

12 Aprel 2025 19:59 285


Azərbaycanın daha üç yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Yenisabah.az xəbər verir ki, Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (72 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal uğrunda görüşdə iştirak edəcəklər.

Ülvi Qənizadə (72 kq) və Murad Əhmədiyev (97 kq) isə 1/8 finalda uduzublar. Pepperoni pizza

Bu çəkilərdə mükafat uğrunda qarşılaşmalar sabah baş tutacaq.

Qeyd edək ki, bu gün dörd yunan-Roma güləşçimiz medal görüşünə çıxacaq. Eldəniz Əzizli (55 kq) finalda mübarizə aparacaq, Murad Məmmədov (63 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc mükafat qazanmağa çalışacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!