Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycan yığması uğurlu çıxışını davam etdirir.
Yenisabah.az xəbər verir ki, milli komandamızın daha iki üzvü - Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar. Tçkayev üçüncü yer uğrunda görüşdə moldovalı Petru Pelivana, Fətiyev isə fransalı Aleksis Metyuya qalib gələrək fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Qeyd edək ki, bundan əvvəl Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) də bürünc medala sahib olublar. pizza
Azərbaycan Avropa çempionatında bu günədək 4 bürünc medal qazanıb. Yarışda ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Komandamız, həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq./Oxu.az


Telegram kanalımız