Avropa çempionatı: Daha bir cüdoçumuz bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Avropa çempionatı: Daha bir cüdoçumuz bürünc medal qazandı

İdman

24 Aprel 2025 19:13 352


Azərbaycanın daha bir cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Yenisabah.az xəbər verir ki, yarımfinalda məğlub olan Rəşid Məmmədəliyev (73 kq) üçüncü yer uğrunda görüşdə Daniel Zeqedini (Macarıstan) məğlub edib.

Xatırladaq ki, dünən təmsilçilərimiz arasında Əhməd Yusifov (60 kq) da bürünc medala sahib çıxıb. Dördpendirli pizza

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!