“Avropa çempionu olacağımızı bilirdik” - Azərbaycanın güləş millisinin baş məşqçisi

saytların hazırlanması

Evə çatdırılma

“Avropa çempionu olacağımızı bilirdik” - Azərbaycanın güləş millisinin baş məşqçisi

İdman

10 Aprel 2025 22:18 346


Çempion olacağımızı bilirdik.

Bunu "Report"a açıqlamasında Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olan Azərbaycanın sərbəst güləş millisinin baş məşqçisi Xetaq Qazyumov deyib.

Mütəxəssis qazanılan nəticəyə görə sevincli olduğunu bildirib: Marqarita pizza

"Yarışa ciddi hazırlaşmışdıq. Güləşçilərimiz təlim-məşq toplanışlarında özlərini yaxşı tərəfdən göstərdilər. Çempion olacağımızı gözləyirdik, qazanılan nəticə təsadüfi deyil. Düzdür, qızıl medalların sayının çox olacağını ümid edirdik. Osman Nurməhəmmədovdan çempionluq gözləyirdim. Təəssüf ki, alınmadı. Səhvlərimizin üzərində işləyəcəyik və onları aradan qaldırıb, qarşıdakı yarışlarda qızıl medallarımızın sayını artırmaq istəyirik".

Qeyd edək ki, təmsilçilərimiz turniri 1 qızıl, 1, gümüş və 4 bürünc medalla başa vurublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!