Avropa İttifaqı Azərbaycana niyə az vəsait ayırıb?

saytların hazırlanması

Evə çatdırılma

Avropa İttifaqı Azərbaycana niyə az vəsait ayırıb?

İqtisadiyyat

10 Aprel 2020 13:11 762


“Avropa İttifaqının  “Şərq Tərəfdaşlığı”  proqramına üz olan ölkələrə ayırdığı vəsaiti həm öz təşəbbüsü ilə,  həm də ölkələrin ehtiyaclarına görə müraciətlərini nəzərə alaraq ayırır”. 

Bu sözləri Yenisabah.az-a iqtisadçı alim Nazim Bəydəmirli Avropa İttifaqının koronavirus pandemiyasına görə “Şərq Tərəfdaşlığı” proqramına üzv olan ölkələrə ayırdığı vəsaitlər barədə danışarkən deyib. 

Bu proqrama üzv olan ölkələrdən ən az vəsait alan Azərbaycandır. Gürcüstana 183 milyon, Belarusa 60 milyon, Moldovaya 87 milyon, Ukraynaya 190 milyon avro, Ermənistana 92 milyon avro ayrıldığı halda Azərbaycana 14 milyon avro ayrılıb.  pizza hut

Nazim Bəydəmirli bildirib ki, son günlərdə Belarus və Ermənistan koronavirusla bağlı səhiyyə təhcizatına Avropa Birliyinin dəstək verməsi üçün müraciət ediblər. “Ona görə də Ermənistana əvvəl ayırdığından əlavə olaraq 92 milyon avro ayırıb. Görünür, Azərbaycan çox varlı ölkələr siyahısına daxil edildiyindən və müraciət olmaması səbəbindən bizə əlavə pul ayrılmayıb. Mən “Şərq Tərəfdaşlığı” çərçivəsində Polşada keçirilən İqtisadi Forumlarda çox iştirak etmişəm, demək olar ki, 2008-ci ildən bizim rəsmilərin, deputatların o tipli Beynəlxalq Forumlarda "Azərbaycanın Avropadan maliyyə dəstəyinə ehtiyacı yoxdur, bizimlə ikitərəfli münasibətlərin qurulmasının tərəfdarıyıq " və s. bu kimi fikirlərinin şahidi olmuşam. Güman etmək olar ki, Avropa da bu fikirlərdən özünə dərs götürüb və bizə çox varlı ölkə kimi baxır”, - deyə Nazim Bəydəmirli əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!