Avropa Liqasında ilk finalçının adı məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Avropa Liqasında ilk finalçının adı məlum oldu

İdman

10 May 2019 07:37 1065


Futbol üzrə Avropa Liqasında ilk finalçının adı məlum olub.

"Yeni Sabah"  xəbər verir ki, İngiltərənin "Arsenal" komandası bu mövsüm ikinci dəfə Bakıya səfər edəcək.

"Topçular" yarımfinalda İspaniya "Valensiya"sını üstələyib. Londondakı ilk görüşdə 3:1 hesablı qələbə qazanan Unay Emerinin baş məşqçi olduğu kollektiv səfərdə də 2 top fərqi ilə qalib gəlib - 4:2. "Arsenal"ın qollarından 3-nü Pyer Emerik Obameyanq, digərini Aleksandr Lyakazett vurub. "Valensiya"dan isə bu gün 32 yaşı tamam olan Kevin Qameyro fərqlənib. pizza

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici qarşılaşmada "Arsenal"ın rəqibi hazırda davam edən "Çelsi" (İngiltərə) - "Ayntraxt" (Almaniya) görüşünün qalibi olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!