“Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycan üçün adi bir kağız parçasıdır”

saytların hazırlanması

Evə çatdırılma

“Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycan üçün adi bir kağız parçasıdır”

Siyasət

22 Yanvar 2023 20:26 741


“Yanvarın 18-də Avropa Partlamenti növbəti ermənipərəst qətnamə layihəsini müzakirəyə çıxarmaqla gündəmə gəldi. Qarabağ münaqişəsinin artıq iki ildir ki, tarixin arxivinə atıldığı, bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistanın münasibətlərində yeni səhifənin açılması üçün bu iki Cənubi Qafqaz ölkəsi arasında sülh müqaviləsinin imzalanması istiqamətində səylərin göstərildiyi bir zamanda Avropa Parlamentinin belə qərəzli, necə deyərlər, erməni dəyirmanına su tökən  qətnamə qəbul etməsi bu qurumun qərəzli niyyətlərindən xəbər verir".

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

“Avropa Parlamenti qəbul etdiyi bu qətnamə ilə təsdiqləyir ki, regionda proseslərin müsbət istiqamətdə davam etməsində, sülhün bərqərar olmasında deyil, problemlərin daha da dərinləşməsində  maraqlıdır. Başqa sözlə, qurum regionda gedən proseslərə bu cür qərəzli, qeyri-adekvat yanaşması ilə açıq-aşkar separatçılığı, qanunsuzluğu, ksenofobiyanı təşviq edir” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, sözügedən biabırçı qətnamədə Azərbaycan Laçın-Xankəndi yolunu blokadaya almaqda ittiham edilir: “Halbuki Laçın-Xankəndi yolunda keçirilən aksiyanın məqsəd və məramı işğalçı Ermənistana və onun Avropa Parlamenti kimi havadarlarına çox yaxşı bəllidir. Ermənilər istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə Azərbaycana qarşı biri-birindən dəhşətli ekoloji terrorlar törədirlər. Azərbaycanlı ekofəalların aksiyasının  əsas tələbi ermənilərin bu gün də davam edən həmin  ekoloji terror əməllərinə  son qoyulmasıdır. Sual olunur: Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanatın imzalanmasından sonra  300-dən çox Azərbaycan vətəndaşının Ermənistanın mina terrorunun qurbanı olması  dünyanı, o cümlədən bu gün Ermənistana və separatçı rejimə  dəstək missiyasını  yerinə yetirən Avropa Parlamentini niyə narahat etmir? Minalar bu ərazilərə hansı yolla daşınır? Əlində heç bir real fakt, əsas olmadan Azərbaycanı Laçın-Xankəndi yolunu blokadaya almaqda ittham edən Avropa Parlamentinin bu sualların cavabını axtarması daha yaxşı olmazmı?” Marqarita pizza

YAP Xətai rayon təşklilatının sədri qeyd edib ki, Azərbaycana böhtan ataraq “qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağıran Avropa Parlamenti nə üçün  Ermənistanı öz ordusunu 35 il bundan əvvəl zəbt etdiyi və hələ də işğal altında saxladığı Azərbaycanın 8 kəndindən geri çəkilməyə səsləmir?

Vüqar Rəhimzadə diqqəti hazırda beynəlxalq medianın əsas müzakirə mövzusu olan Davos Dünya İqtisadi Forumunun 53-cü toplantısına yönəldərək bildirib ki, Prezident İlham Əliyevin  bu nüfuzlu beynəlxalq platformada iştirakının, uğurlu görüşlərinin  hətta Ermənistan mediasında belə etiraf edildiyi bir vaxtda Avropa Parlamentinin Azərbaycanı əsassız yerə hədəfə alan belə bir utancverici qətnaməni qəbul etməsi ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrdə soyuqluq yaratmağa hesablanıb: “Azərbaycanofob, islamofob, türkofob  Avropa Parlamentinin anti-Azərbaycan mövqeyinə rəğmən, keçən ilin 18 iyul tarixində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun, eləcə də 17 dekabr tarixində Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq anlaşmasının imzalanması fonunda Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdiyini böyük əminliklə  vurğulaya bilərik.  Avropa İttifaqı Azərbaycanı, eyni zamanda, sülh gündəliyinin müəllifi kimi dəstəkləyir. Bu məqamı da xüsusi xatırlatmalıyıq  ki, vaxtilə  Avropa Parlamenti Cənub Qaz Dəhlizi layihəsinə qarşı  da çıxmışdı. Lakin zaman Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təminatında rolunun nə qədər böyük olduğunu nümayiş etdirdi. Azərbaycan bu layihəni uğurlu sonluqla başa çatdırmaqla dünyanın enerji xəritəsinin yenidən tərtib olunmasında öz sözünü dedi.  Bu mənada əminliklə deyə bilərik ki, Avropa Parlamenti öz oturduğu budağı kəsməklə məşğuldur.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, belə reallıqdan uzaq qətnamələr Azərbaycan üçün adi bir kağız parçasıdır. Bu kimi əhəmiyyətsiz sənədlər Azərbaycanın haqq işinə təsir etmək imkanında deyil. Azərbaycan daim ədalətin və beynəlxalq hüququn yanındadır. 44 günlük İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbəmiz bu reallıqların aydın mənzərəsini təqdim etdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!