Avropada terror dalğası

saytların hazırlanması

Evə çatdırılma

Avropada terror dalğası

Dünya

02 Dekabr 2019 08:51 1198


Bir neçə gün əvvəl Londonda baş verən bıçaqlı hücum nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. “Yeni Sabah” xəbər verir ki, polis şəhər körüpüsü üzərində baş verən hadisəni terror aktı adlandırıb. 

Rəsmi məlumatda terror hücumunu 28 yaşlı Osman Xan adlı şəxsin həyata keçirdiyi bildirilir. Terrorçunun 2012-ci ildə terror cinayətinə görə həbs olunduğu və 2018-ci ildə azadlığa buraxıldığı bildirilir. Polis terorçunu hadisə yerində vurub öldürüb. 

Dekabrın 12-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq siyasi partiyalar Londonda seçki kampaniyasını dayandırıb. pizza hut

Ötən gün ikinci terror aktı Hollandiyanın Haaqa şəhərində baş verib. Şəhərin əsas ticarət küçəsi hesab olunan “Böyük Bazar küçəsi”ndə hələlik naməlum şəxs 3 nəfəri bıçaqla yaralayıb. Hücumda şübhəli bilinən 45-50 yaşlarında idman geyimində qarabuğdayı şəxs axtarılır.

Son illərdə Milad bayramı qabağı Avropada bir qayda olaraq terror aktlarının sayı artır. Əvvəlki illərdə Fransada, eləcə də Almaniyada Milad bayramı öncəsi terror hücumları qeydə alınıb. 

Eyni zamanda bu hadisələr Avropada radkal sağçı siyasi hərəkatları daha da gücləndirir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!