Latviya Seyminin (parlament) hakim partiyadan deputatı, eks-nazir Roman Naudinş sosial şəbəkə hesabında Azərbaycan Televiziyası barədə paylaşım edib.
"Yeni Sabah" xəbər verir ki, paylaşımda deyilir:
“Dost ölkənin Azərbaycan Televiziyası - AzTV bu gün Latviyaya gələrək məndən, hətta azərbaycanlı babam İdris bəydən də reportaj etdi. Çox maraqlı missiyadır. Ümumiyyətlə, son vaxtlar AzTV xaricdən bizim də diqqətimizi çəkəcək maraqlı addımlar atır. Dünyadakı fərqli insanları diqqət mərkəzində saxlamaq, Azərbaycanın dostlarının sayını artırmaq təqdirəlayiqdir. Uğurlar arzulayıram!" Pepperoni pizza
Qeyd edək ki, Roman Naudinşin babası İdris İbrahimov əslən azərbaycanlıdır. R. Naudinş Latviyada, o cümlədən Avropa Birliyi miqyasında fəal siyasi xadim kimi tanınır. /lent.az
Telegram kanalımız