Avropanın Bakıya “təzyiqinin” səbəbi:   Nikola dəstək üçün...

saytların hazırlanması

Evə çatdırılma

Avropanın Bakıya “təzyiqinin” səbəbi: Nikola dəstək üçün...

Siyasət

05 May 2021 17:33 983


"Avropa Parlamenti onsuz da 44 günlük müharibə zamanı obyektiv mövqe sərgiləmədi. İndiki halda Aİ-nin 121 üzvünün Avropa Komissiyasının sədri və Aİ sədrinə müraciət edərək, Azərbaycandan “erməni əsirlər”in qaytarılmasını tələb etməyə çağırması növbəti dəfə bu qurumun tərəfli mövqeyinin sübutudur. Aydın məsələdir ki, Avropa Parlamenti bu istəklə Paşinyana açıqca dəstək verir".

Yenisabah.az xəbər verir ki, bu barədə beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

O bildirib ki, indiki halda nə Avropa Parlamenti, nə də başqa bir qurum “erməni əsirlər”in qaytarılması ilə bağlı rəsmi Bakıya təzyiq edə bilər: Dördpendirli pizza

“Məsələ ondadır ki, belə bir tələbin hüquqi əsası yoxdur. Bunu Avropa Parlamenti də yaxşı bilir. Çünki bu gün Azərbaycanda olan erməni hərbçilər 10 noyabr bəyanatından sonra ələ keçirilən diversantlardır. Bu şəxslər heç bir halda hərbi əsir sayıla bilməz.

Maraqlıdır ki, bu gün Azərbaycandan “erməni əsirlər”in qaytarılmasını tələb edən Avropa İttifaqı Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş və beynəlxalq təşkilatların əksəriyyətinin sağ olduğunu təsdiqlədiyi 4 mindən artıq azərbaycanlının taleyinə susmaqla kifayətlənmişdi.

Aydın məsələdir ki, 44 günlük müharibə zamanı Avropa İttifaqı bizim yanımızda olmadı. Yanımızda olmamaları bir yana, ittifaqa üzv ölkələrdən bəziləri parlament səviyyəsində Azərbaycana qarşı qərəzli qərarlar verdi.

Bu gün Avropa ölkələri Paşinyanın Ermənistanda hakimiyyətdə qalmasını istəyir. Avropa Parlamentinin Azərbaycana belə bir tələb etməsi məhz Paşinyanın istəyi əsasında baş verib. Paşinyan anlayır ki, Azərbaycandan “erməni əsirləri” qaytara bilsə, parlament seçkiləri öncəsi şanslarını xeyli artıra biləcək. “Erməni əsirlər”in qaytarılmaması isə Paşinyanın seçkilərdə məğlubiyyətinə, əvəzində isə ruspərəst qüvvələrin hakimiyyətə gəlməsinə səbəb ola bilər. Avropa Parlamentinin bu qərarının səbəbi budur”. (Axar.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!