Avtobusda cibgirlik edən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Avtobusda cibgirlik edən şəxs tutuldu

Hadisə

09 Fevral 2023 12:27 564


Bakının Yasamal rayonu ərazisində marşrut avtobusunda şəhər sakini olan bir qadının çantasından içərisində 570 manatı, sənəd və bank kartı olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən 1972-ci il təvəllüdlü əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.  Toyuqlu pizza

Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat vermələri xahiş olunur. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!