Avtomobil qaçıran keçmiş məhkum yaxalanıb

saytların hazırlanması

Evə çatdırılma

Avtomobil qaçıran keçmiş məhkum yaxalanıb

Kriminal

19 İyun 2019 15:59 1148


İyunun 18-nə keçən gecə Nərimanov rayonunun A.Nemətulla küçəsindən Bakı şəhər sakini N.Şirəliyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş N.Ağamuradov Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15 radələrində Abşeron rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!