Avtomobil radara çırpıldı, sürücü öldü

saytların hazırlanması

Evə çatdırılma

Avtomobil radara çırpıldı, sürücü öldü

Hadisə

28 Mart 2020 19:21 736


Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunda, Şamaxının Şərədil kəndi ərazisində qeydə alınıb. 99-UB-539 dövlət nömrə nişanlı "Hyundai" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yol kənarındakı radar dirəyinə çırpılıb. Hadisə zamanı avtomobil əzilib, radar dirəyi aşıb, sürücü ağır xəsarət aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, sürücü xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. /APA Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!