Avtomobilin üzərinə söz yazmağa qanun icazə verirmi? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Avtomobilin üzərinə söz yazmağa qanun icazə verirmi? - Açıqlama

Maraqlı

09 Noyabr 2023 19:51 3852


Bakı şəhərində bəzi avtomobil idarə edənlərin avtomobilin üzərinə müxtəlif sözlər, cümlələr yazması halı çoxalıb. Bəs qanunvericilik bu haqda nə deyir?

Yenisabah.az xəbər verir ki, Valyuta.az-a açıqlamasında ehtiyatda olan polis polkovniki Mahmud Hacıyev bildirir ki, avtomobillərin üzərinə avtomobillərin müxtəlif hissələrinə yazılar yazıb yapışdırmaq qanunla qadağandır. İstər yazılar, istərsə də xarici görkəmində müəyyən hissələri dəyişdirmək olsun, qanun maşının xarici görkəmini dəyişdirməyi qadağan edir. Bu istiqamətdə müvafiq qurumların mübarizə aparmasına, cərimələrin tətbiq edilməsinə baxmayaraq, təəssüf ki həmin addımlara yol verən sürücülər yenə də öz əməllərini davam etdirirlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!