Avtomobillər niyə öz-özünə alışır? - Ekspertdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Avtomobillər niyə öz-özünə alışır? - Ekspertdən açıqlama

Maraqlı

10 Oktyabr 2023 15:22 455


Dünən səhər saatlarında Səbail rayonu, İ.Nəbiyev küçəsində minik avtomobilində yanğın baş verib. Hadisə nəticəsində “Chevrolet Cruze” markalı minik avtomobilinin yanar hissələri və “Toyota Corolla” markalı minik avtomobilinin arxa hissəsi qismən yanıb. 

Nəqliyyat eksperti Rövşən Həsənov Demokrat.az-a açıqlamasında avvtomobillərin öz-özünə alışmasının səbəbləri barədə məlumat verib: 

“Avtomobillərə qeyri-qanuni ksenonlar quraşdırılır. Əksər hallarda alışmaya səbəb budur. Onların naqilləri cərəyana dözmür, qızır və alışır. Xüsusən də cavan təbəqə, taksi fəaliyyəti ilə məşğul olan şəxslər ksenonlar quraşdırırlar ki, maşında ağ işıqlar olsun, gur yansın. “Yol Hərəkəti haqqında” Qanunun müvafiq bəndinə uyğun olaraq Dövlət Yol Polisi bununla mütəmadi olaraq mübarizə aparır. Konstruktor müdaxiləni yerində arada qaldırmaq mümkün olmadığına görə nəqliyyat vasitəsi cərimə meydançasına aparılır.  Toyuqlu pizza

Digər səbəblər də ola bilər. Hanısa boruda damcı yolu ilə yanacaq dama bilər və ya avtomobilin mühərrik hissəsi qıza bilər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!