Avtovağzalda işıqlar niyə sönüb? - Fotolar

Avtovağzalda işıqlar niyə sönüb? - Fotolar

Hadisə Veb saytların hazırlanması

04 Mart 2020 13:56 495


Bakı Beynəlxalq Avtovağzal Kompleksində işıqlar sönüb. "Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə sərnişinlər sosial şəbəkədə məlumat yayıblar. Bildirilib ki, bir neçə saat ərzində avtovağzalda elektrik enerjisi kəsildiyi üçün biletlərin satışında problem yaşanıb, kassaların qarşısında növbə yaranıb. BBAK-ın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova "Qafqazinfo"ya bildirib ki, elektrik enerjisinin verilməsində məhdudiyyət qısa vaxt çəkib: "Deyildiyi kimi saatlar ərzində işıq sönməyib. Problem sadəcə 5-10 dəqiqə çəkib və həll olunub. Artıq kassalarda hər hansı problem yoxdur. "Azərişıq" ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, elektrik enerjisinin verilməsində yaşanmış problem Bakı-Sumqayıt yolunda aparılan təmirlə bağlı olub: "Yol buldozerlə qazılan zaman yeraltı xətlər zərər görüb. Problem aradan qaldırılıb". https://cdn.yenisabah.az/files/avo1.jpg https://cdn.yenisabah.az/files/avo2.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!