İyunun 25-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Eldəniz Ağayevə 30 sutka inzibati həbs cəzası verilib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Turan-a AXCP-dən bildiriblər. Mənbənin məlumatına görə, E.Ağayevi iyunun 24-də iş yerindən aparıblar. Lakin polisdə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin (polisin qanuni əmrinə tabe olmamaq) pozulmasına dair protokol tərtib edilib.
"Başa düşə bilmirik ki, iş yerində olan şəxs polisə necə müqavimət göstərə bilər?", - AXCP-dən deyiblər. pizza hut
Qeyd ediblər ki, E.Ağayev sosial şəbəkələrdə çox fəal idi və inzibati cəza almasına səbəb də bu fəallğı ola bilər.
Telegram kanalımız