İtaliyada 30 ildir axtarışda olan mafiya başçısı həbs olunub.
Yenisabah.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Belə ki, məşhur mafiya liderlərindən olan Matteo Messina Denaro saxlanılıb. O, 1993-cü ildə axtarışa verilib. pizza hut
Uzun müddət axtarışda olanların siyahısında ən təhlükəli şəxslərdən biri hesab olunan Denaro hüquq-mühafizə orqanlarından 30 il müddətində yayınmağı bacarıb.
Hazırda onunla bağlı hüquqi prosedurlar davam edir./Modern.az
Telegram kanalımız