“Ayağın timsahın ağzındadırsa, onunla necə danışıqlara getmək olar?”   - Conson

saytların hazırlanması

Evə çatdırılma

“Ayağın timsahın ağzındadırsa, onunla necə danışıqlara getmək olar?” - Conson

Siyasət

21 Aprel 2022 15:12 549


Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib ki, Rusiya və Ukrayna arasında danışıqlar uğursuzluğa məhkumdur.

Yenisabah.az xəbər verir ki, o, bunu RF Prezidenti Vladimir Putinin ədalətsiz mövqeyi ilə izah edib.

“Düşünürəm ki, Putinin açıq-aşkar xoşməramlı olmadığını, Ukraynanın mümkün qədər çox hissəsini udmaq və ələ keçirməyə çalışmaq, sonra, ola bilsin, güc mövqeyindən bir növ danışıqlar aparmaq, hətta Kiyevə yeni hücuma keçmə strategiyasını nəzərə alaraq, ukraynalıların indi Putinlə necə danışıqlar apara biləcəyini anlamaq çətindir”, - deyə Britaniyanın hökumət başçısı bildirib. Toyuqlu pizza

Conson həmçinin qeyd edib ki, o, ukraynalıların Rusiya tərəfi ilə asanlıqla danışıqlar masasına oturub hansısa razılaşmaya necə gələ biləcəklərini başa düşmür.

“Ayağın timsahın ağzındadırsa, onunla necə danışıqlara getmək olar?” - deyə Conson bildirib.

Bundan əvvəl Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra Kiyevə silah tədarükünü davam etdirəcəyinə söz verib. Baş nazir bildirib ki, o, Ukraynanın gələcək həftələr və aylar ərzində öz suverenliyini müdafiə edə bilməsi üçün müttəfiqləri və tərəfdaşları ilə yaxından işləməyə davam edəcək.\Oxu.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!