Ayağını pəncərədən çıxaran sürücü həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Ayağını pəncərədən çıxaran sürücü həbs edildi

Kriminal

13 İyul 2019 16:41 2103


Azərbaycandakı magistral yollardan birində “Mersedes Vito” markalı mikroavtobusun sürücüsünün təhlükəli hərəkətləri ilə bağlı araşdırma yekunlaşıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib.

Onun sözlərinə görə, 99-RB-822 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü saxlanılıb: Pepperoni pizza

“Məmmədov Anar Vidadi oğlu bu gün Mingəçevir şəhər məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.

Sürücünün 20 gün inzibati həbs olunması və bir illik sürücülük vəsiqəsindən məhrum edilməsi qərarı çıxarılıb”.

Xatırladaq ki, bir neçə gün öncə “Mersedes Vito”nun sürücüsü sürətli yolda ayağını pəncərədən çıxararaq avtomobili idarə edib. Arxadan gələn avtomobildəki şəxs isə bunu lentə alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!