İnfarkt keçirib, 5 saniyədə vəfat edib -   31 yaşlı məmurun ölümünün TƏFƏRRÜATLARI

saytların hazırlanması

Evə çatdırılma

İnfarkt keçirib, 5 saniyədə vəfat edib - 31 yaşlı məmurun ölümünün TƏFƏRRÜATLARI

Hadisə

24 Oktyabr 2025 14:24 10331


Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı, Vətən müharibəsinin iştirakçısı Vüsal Qurbanlının ölümünün təfərrüatları məlum olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, 31 yaşlı məmurun ölümü qəfildən baş verib.

O, ayaqqabılarının ipini bağlayan zaman infarkt keçirib və yerə yıxılıb. Yanında olanlar V.Qurbanlıya yardım etməyə çalışıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları çağırılıb. Həkimlərin səyinə baxmayaraq V.Qurbanlının həyatını xilas etmək mümkün olmayıb. pizza hut

Meyit ekspertizadan keçirilib. Onun ölümündə şübhəli məqam aşkarlanmayıb. Ekspertlərin rəyinə görə, ölüm 5 saniyə ərzində baş verib.

Mərhum Bakının Qala qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

Qeyd edək ki, əvvəllər Vüsalın səhhətində heç bir problem olmayıb. Həmişə idmanla məşğul olurmuş.

Xatırladaq ki, Qurbanlı Vüsal Fikrət oğlu 1994-cü ildə anadan olub. Əslən Qərbi Azərbaycandandır. Azərbaycan Kooperasiya Universitetini bitirib.

Vətən müharibəsi başlayan kimi könüllü formada ordu sıralarına qoşulub. Qubadlının və digər ərazilərin işğaldan azad olunması uğrunda döyüşüb. Müharibədə göstərdiyi igidliyə görə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

O, 2022-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinində çalışırdı.

V.Qurbanlı ailəli idi. 1 yaşında və 2 aylıq övladları var.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!