Tanınmış kinoşünas və rejissor Ayaz Salayev beynəlxalq festivalın münsiflər heyətində təmsil olunacaq.
Yenisabah.az xəbər verir ki, noyabrın 29-dan dekabrın 5-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Birlik ölkələrinin 4-cü Beynəlxalq "Московская премьера" kino festivalı keçiriləcək.
Bu festivalın tarixi 2003 - cü ildən başlayır və ilk prezidenti SSRİ Xalq artisti Aleksey Batalov olub. 2019 - cu ildən festival MDB dövlətlərinin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu ilə partnyorluq zəminində bir kinoforum olaraq beynəlxalq status qazanıb. Toyuqlu pizza
Ayaz Salayev bu forumun keçirdiyi 4 - cü kino festivalında münsiflər heyətinin üzvü qismində iştirak edəcək.
Telegram kanalımız