AYB sədri qurultayın niyə keçirilmədiyinə aydınlıq gətirdi

saytların hazırlanması

Evə çatdırılma

AYB sədri qurultayın niyə keçirilmədiyinə aydınlıq gətirdi

Mədəniyyət

06 Oktyabr 2022 12:06 1633


Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayının keçirilməsi üçün vəsait köçürülməlidir.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu AYB sədri, Xalq yazıçısı Anar Rzayev deyib.

O bildirib ki, qurultayın oktyabr ayının sonunda keçirilməsi planlaşdırılır: "Dəqiq tarix hələ məlum deyil. Bu da bizdən asılı deyil. Vəsait köçürülməlidir, qonaqları çağırmalıyıq. Pul köçürülən kimi dəqiq vaxt müəyyənləşəcək". Pepperoni pizza

A.Rzayev qurultayın Şabranda keçirilməməsinə aydınlıq gətirib: "Orada keçirmək mümkün olmadı. Mən özüm gedib baxdım. Hazır deyildi. Qurultayda qonaqlarla birgə 500-dən artıq iştirakçı olacaq. Şabranda da o qədər qonağı qarşılamaq üçün yer yoxdur".

Qeyd edək ki, sentyabrın 22-də AYB-nin katibliyində keçirilən iclasda qurultayın təxirə salınması ilə bağlı qərar qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!