Azərbaycan Yazıçılar Birliyinin (AYB) rəhbəri İranın mədəniyyət və İslami irşad nazirinin müavini ilə görüşüb.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, Yasir Əhmədvənd Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində AYB-yə təşrif gətirib.
"Tehran Beynəlxalq Kitab Sərgi-Yarmarkasının möhtəşəmliyi təqdirəlayiqdir. Ümid edirəm ki, gələn il Azərbaycan yazıçıları bu sərgidə var gücü ilə iştirak edəcəklər", - deyə Anar Rzayev vurğulayıb. Dördpendirli pizza
Öz növbəsində, Yasir Əhmədvənd qeyd edib: "Kitab sərgisinin 3 milyondan çox ziyarətçisi var. Bu sərgidə 60-dan çox ölkədən naşirlər iştirak edir. Sizi və Azərbaycan yazıçılarını bu sərgidə iştirak etməyə və bu sərginin təcrübələrindən yararlanmağa dəvət edirik".
Telegram kanalımız