Əməkdar artist Aybəniz Haşımova üçün kədərli gündür.
Yenisabah.az xəbər verir ki, bu gün müğənninin şəhidlik zirvəsinə yüksələn həyat yoldaşının doğum günüdür.
Sənətçi sosial şəbəkədə onun məzarından foto paylaşaraq, təbrik edib:
Bu gün 60 yaşı oldu Azərbaycanın ölməz oğlu Xalid Quliyevin.
Onu yaxından tanıyan hər bir kəs onun gedişinə çox üzüldü. Sanki yeddibiyanə yadların da qardaşı, oğlu, atası idi. Çox ürəyi, əli açıq, son tikəsini belə hamı ilə bölən, dostuna görə ölümə belə gedən insan idi. Mərd oğlan idi. Vəzifəsini belə qurban verdi torpağa. Əslində çox hünərli bir addım idi və hər kəsin edə biləcəyi jest deyildi. Amma Xalid Quliyev Azərbaycan torpaqları uğrunda onun azadlığı naminə heç nə düşünmədən getdi və evinə canından çox sevdiyi Vətən bayrağına bükülərək qayıtdı! Xalid Quliyevin bir əl çantası və onun içində bir məktub var. Orada yazır: Evim, anam, balam, gedirəm, sağ olun... Özümə yeni bir ev qurmuşam. Yəqin ki, indən belə orada yaşayacam. Amma ruhum həmişə sizinlə olacaq. Sizi xalqa, xalqı isə Allaha əmanət edirəm”.
Telegram kanalımız