Co Baydenin Vladimir Putin haqqında təhqiredici ifadələri ədəbsizdir və Baydenin rəhbərlik etdiyi ölkə üçün biabırçılıqdır.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib: "Rusiya prezidentinin mətbuat katibi kimi deyə bilərəm ki, ABŞ dövlət başçısının ağzından çıxan bu cür boş bəyanatlar çətin ki, başqa dövlətin başçısını, xüsusən də prezident Putini incitsin. Amma bu, ölkə üçün böyük biabırçılıqdır. Mən bunu Amerika Birləşmiş Ştatlarını nəzərdə tuturam”. Pepperoni pizza
Peskov sözünə belə davam edib: "Belə bir ölkənin prezidenti belə bir sözlər işlədirsə, ona ayıb olmalıdır. Aydındır ki, cənab Bayden daxili siyasi maraqlar naminə Hollivud kovboyu üslubunda davranış nümayiş etdirir”.
Eyni zamanda, Peskov ABŞ prezidentinin müşavirlərindən Putinin Baydenlə bağlı açıqlamalarından seçim tövsiyə edib. "Rusiya vətəndaşı olaraq, həqiqətən demək istəyirəm: köməkçilərinizdən xahiş edin ki, sizin üçün seçim etsinlər və prezident Putindən sizin haqqınızda heç olmasa bir təhqiredici bəyanat tapsınlar. Utanmalısınız!"
Telegram kanalımız