Ayın bu görüntüləri 1.8 milyon dollara satıldı

saytların hazırlanması

Evə çatdırılma

Ayın bu görüntüləri 1.8 milyon dollara satıldı

Dünya

22 İyul 2019 10:33 1329


İnsan ayağının Aya ilk dəfə dəydiyi anı əks etdirən videolent hərracda 1 milyon 800 min dollara satılıb.

"Yeni Sabah" xarici mətbuata istinadən bildirir ki, bu video "Apollo 11"in Aya səyahətini ən yaxşı əks etdirən görüntülərdən ibarətdir.

Bildirilir ki, 1976-cı ildə ABŞ-ın Aeronavtika və Kosmosun Araşdırılması üzrə Milli İdarə (NASA) 65 kasetdən ibarət görüntüləri səhvən satıb. Belə ki, kasetlər qurumda təcrübə keçən Qeri Corc adlı şəxsə 217 dollar 77 sent qarşılığında satılıb. O, daha sonrakı illərdə bir çox kaseti yerli televiziya kanallarına satsa da,  atasının məsləhəti ilə 3 kaseti özündə saxlayıb. Sezar pizza

NASA ötən il həmin videogörüntülərin tapılması üçün hərəkətə keçmişdi.

Elnarə İlham


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!