AYNA: Naxçıvandan İğdıra və əks istiqamətdə 673 nəfər daşınıb

saytların hazırlanması

Evə çatdırılma

AYNA: Naxçıvandan İğdıra və əks istiqamətdə 673 nəfər daşınıb

Sosial

07 Mart 2026 12:43 347


Martın 5-dən indiyə qədər Naxçıvan şəhərindən Türkiyənin İğdır şəhərinə ümumilikdə 19 avtobus reysi həyata keçirilib, 673 nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Xatırladaq ki, Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb. Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur. Sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əks istiqamətə daşınması isə 7 avtobusla ödənişsiz şəkildə həyata keçirilir. Eyni zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!