AYNA Xocalı prospektində nişanlanma xətlərində dəyişiklik etdi

saytların hazırlanması

Evə çatdırılma

AYNA Xocalı prospektində nişanlanma xətlərində dəyişiklik etdi

Sosial

20 Sentyabr 2024 09:59 255


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakının Xocalı prospektində nişanlanmalar sürücülərdə narazılıq yaradıb.

Yenisabah.az xəbər verir ki, yolun sol xətti velosiped, sağ xətti isə avtobus üçün ayrılıb. Bu da hərəkətin intensivliyinə təsir göstərib. Bundan başqa, parklanma yerinə keçmək üçün sürücülər məcbur olub avtobus zolağına daxil olmalıdırlar ki, bu da cərimələnmələrə səbəb olurdu.

AYNA-dan bildirilib ki, Xocalı prospektində nişanlanmalar yenidən təşkil edilib. Velosiped zolağı və parklanma yerləri saxlanılaraq avtomobillərin hərəkəti üçün zolaqların sayı 2-yə çatdırılıb. Parklanma yerlərinə giriş-çıxış üçün zolaqda yerlər də ayrılıb. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!