Aysun Eşqin üçün darıxıb? - Video

saytların hazırlanması

Evə çatdırılma

Aysun Eşqin üçün darıxıb? - Video

Şou

09 İyul 2023 15:48 27908


Müğənni Rəqsanə İsmayılovanın qızı Aysundan yeni xəbər var.

Yenisabah.az xəbər verir ki, bir müddət bundan öncə həyat yoldaşı Eşqinlə boşanan müğənni Aysun İsmayılova son günlər ard-arda yeni kliplər çəkdirməkdə davam edir. 

İfaçının “Darıxıram” adlı son klipi isə müzakirəsiz ötüşməyib.  Marqarita pizza

Belə ki, Aysun sosial şəbəkə hesabında mahnısının aşağıdakı hissəsini səsləndirib:

“Ürəyim intizarda əllərim dualarda,

Onunla röyalarda qovuşuram hər gün

Yazıq ürəyin kədəri var

Nə gecəsi var səhəri var

Görəsən onun xəbəri var 

Darıxıram hər gün darıxıram hər gün

Mən axı onsuz darıxıram hər gün”.

Müğənninin bəzi pərəstişkarları onun bu mahnını keçmiş həyat yoldaşı Eşqin Cəlilova ünvanlı oxuduğunu iddia edib. 

Qeyd edək ki, ötən il evlənən cütlük bu il ayrılmaq qərar alıb. Mayın 26-da Aysunun keçmiş əri Eşqin Cəlilov ona fiziki şiddət göstərdiyi üçün barəsində şikayət olmuşdu və o, 30 sutkalıq həbs olunmuşdu. Aysun İsmayılovanın şikayəti geri çəkməsindən sonra Eşqin azad olunmuşdu.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!