Aysun İsmayılovadan sərt açıqlama – “Mənim qızımı...”   + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Aysun İsmayılovadan sərt açıqlama – “Mənim qızımı...” + VİDEO

Şou

01 İyul 2025 10:44 548


“Qızımın şəklini yayıb. Əgər o şəkli silməsəniz, o şəkil daha çox yayılmağa başlasa, bütün səhifələrə şikayət atacam. Körpə uşağa görə atdığım şikayət əsasında səhifəniz də silinə bilər”.

Yenisabah.az xəbər verir ki, bu sözlər müğənni Aysun İsmayılovaya aiddir. O, bir sıra xəbər səhifələrini sərt tənqid edib:

“Bəziləri yazır ki, qızınız kimə lazımdır ki?! Sizə deyən var ki, mənim qızım sizə lazımdır? Allah hər kəsin balasını saxlasın. Amma bu mənim qərarımdır. Mən övladımı göstərmək istəmirəm. Övladım tanınmış olsun istəmirəm. Mən tanınıram bəsdir. Övladımı niyə paylaşırsınız? Ehtiyac olsa, özüm paylaşaram. Bəzi içi qurdlular, bu dünyadan nə aparacaqsınız? Bəsdir! Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Bu mənim fikrimdir. Mən hələ ki, qızımı göstərmək istəmirəm. Bəlkə sabah istəyəcəm. Mənə xoş deyil”. pizza sifarişi

Aytac Əliyeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!