Aysun qızından danışdı: “Görəndə bir addım geri çəkildi, üzümə baxdı“ –   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Aysun qızından danışdı: “Görəndə bir addım geri çəkildi, üzümə baxdı“ – VİDEO

Şou

02 May 2026 10:08 203


Müğənni Rəqsanə İsmayılovanın özü kimi müğənni olan qızı Aysun İsmayılova sosial şəbəkədə Sevgi ilə bağlı paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, müğənni qızı Sevgi üçün xüsusi hədiyyə aldığını bildirib. Aysun uzun müddətdir övladının oyuncaq mətbəx istədiyini, lakin otağının rənginə uyğun model tapa bilmədiyini deyib. Nəhayət istədiyi mətbəxi tapdığını qeyd edən sənətçi qızının reaksiyasını izləyiciləri ilə bölüşüb:

“Bəzən düşünürəm ki uşaqları xoşbəxt etmək əslində nə qədər asandır… Bir oyuncaq bir sürpriz və o saf gülüş. Bir neçə gündür ki, evin qaşıqları ilə oynayırdı guya yemək bişirir sonra da deyirdi “Ana, ye!” Telefonda bu mətbəxlərin şəklini göstərirdim gülürdü, “Sevginin” deyirdi. Mən də otağına uyğun olanını tapmağa çalışdım. Əvvəl inanmadı, sonra gülməyə başladı. Allah hər valideynə övladının istəklərini və övladına qurduğu xəyalları gərçəkləşdirməyi nəsib etsin.Onun xoşbəxtliyi mənim bütün dünyamdır”.

Qeyd edək ki, Sevgi Aysun İsmayılova ilə vəkil Ramil Vəliyevin övladıdır. Cütlük ailə həyatı qursa da, bir müddət sonra ayrılıb. Müğənninin qızı Sevginin ötən ilin avqust ayında 1 yaşı tamam olub.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!