"Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov istefa verir.
"Yeni Sabah" xəbər verir ki, bunu məşqçi Azərbaycan kubokunun finalında “Qəbələ”yə uduzduqları oyundan (0:1) sonra “CBC Sport”a açıqlamasında söyləyib:
“Kuboku qazansaq da, iki gün sonra klub rəhbərliyi ilə görüşüm olacaqdı. Yəqin ki, bu, mənim komanda ilə son oyunum idi”
Qeyd edək ki, Ayxan Abbasov ötən ilin noyabr ayından "Sumqayıt"da işləyirdi. "Sumqayıt" Azərbaycan Premyer Liqasında mövsümü 29 xalla 6-cı pillədə başa vurub.
Telegram kanalımız