“Ayxan Abbasovun qalmağını istəyirik” –   Adil Nağıyev

saytların hazırlanması

Evə çatdırılma

“Ayxan Abbasovun qalmağını istəyirik” – Adil Nağıyev

İdman

20 May 2019 13:15 1392


“Ot örtüyü yaxşı vəziyyətdə deyildi. İstədiyimizi etmək olmurdu. Amma bunu bəhanə etmək lazım deyil”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında “Sumqayıt”ın müdafiəçisi Adil Nağıyev “Qəbələ” – “Sumqayıt” (1:0) arasında keçirilən final matçından danışarkən deyib. Futbolçu məğlubiyyəti bu cür şərh edib:

“Komanda da hər şey yaxşı idi. Yaxşı hazırlaşmışdıq. Bəlkə də, təcrübəsizliyimiz məğlub olmağımıza gətirib çıxardı. Bəlkə də, çox qalib gəlmək hissi içimizdə bizi yandırdı. Futboldur, səhvsiz heç kim yoxdur. Sadəcə, qol epizodunda həm diqqətsizlik oldu, həm də bir-birimizi başa düşmədik”. pizza sifarişi

A.Nağıyev oyunun ilk dəqiqələrində yaranan mübahisəli vəziyyətlə bağlı danışarkən, həmin epizodun penalti olduğunu söyləyib:

“Top “Qəbələ”nin müdafiəçisinin əlinə dəymişdi. Həmin epizod təmiz penalti idi. Fəqət, hakim də insandı, səhv edə bilər. Amma daha diqqətli olsaydı, düzgün qərar versəydi, nəticə başqa cür olardı”. 

Futbolçu oyun sonrası “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun gedəcəyi ilə bağlı verdiyi açıqlamaya bu cür münasibət göstərib:

“Ayxan Abbasovun əlbəttə, qalmağını istəyirik. Lakin hər kəsin öz fikri var və buna hörmət etməliyik. Xeyirlisi nədirsə, o da olsun”.

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!