“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun “Qəbələ” – “Sumqayıt” oyunundan (1:0) sonra verdiyi açıqlamada vəzifəsindən getmək istədiyini xəbərini vermişdik.
Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov “Yeni Sabah”a açıqlamasında gələn həftədə bu məsələyə aydınlıq gətiriləcəyini bildirib:
“Klubdaxili iclas hələ olmayıb. Baş məşqçi məsələsinə də, futbolçuların vəziyyətinə də gələn həftə keçiriləcək iclasda aydınlıq gələcək”. pizza hut
Saytımıza daxil olan digər mənbədən verilən açıqlamada isə ”Sumqayıt”ın Ayxan Abbasovla yollarını ayırmayacağı qeyd olunub.
Telegram kanalımız