“Azad Azərbaycan” radiosunun yayımı dayandırılacaq

saytların hazırlanması

Evə çatdırılma

“Azad Azərbaycan” radiosunun yayımı dayandırılacaq

Rəqəmsal

25 Aprel 2022 19:49 3697


Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

Şuradan Yenisabah.az-a verilən məlumata görə, iclasda 15–22 aprel 2022-ci il tarixləri arasında ümumölkə yerüstü radio yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub.

20 aprel 2022-ci il tarixdə "Azad Azərbaycan" radiosunun efirində saat 19.00- 20.00 aralığında 13 dəqiqə 55 saniyə reklamın yayımlanması ilə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsinin tələbinin pozulması faktı qeydə alınıb. Dördpendirli pizza

Bu səbəbdən, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 41.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası "Azad Azərbaycan" radiosu proqramlarının yayımının 28 aprel 2022-ci il tarixdə saat 21.00-dan 24.00-dək 3 (üç) saatlıq dayandırılması haqqında qərar qəbul edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!